Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

AZERİ STUDENT BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ

10 oktyabr 2021-ci iltarixində Azeri Student xaricdə təhsil şirkətinin təşkilatçılığı ilə Beynəlxalq Təhsil Sərgisi baş tutacaq.

Sərgi ölkənin ən prestijli təhsil tədbiri olmaqla yanaşı, xaricdəki təhsil sektorları ilə mütəxəssislər, tələbələr, valideynlər arasında qarşılıqlı fəaliyyət platformasıdır. Sərgi iştirakçıları ondan artıq ölkənin yüzdən çox universitetində bakalavr, magistr, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları haqqında tələbə və valideynləri, lazımi informasıya ilə məlumatlandıracaqlar.

Beynəlxalq Təhsil Sərgisində gün ərzində siz paralel olaraq sənədləşmə, viza prosesləri, Azeri Student Dil Kursları daxilindəki SAT, IELTS, TOEFL və s. proqramlar haqqında bütün məlumatları əldə edəcəksiniz.

Sərginin əsas bölmələri:

  • Xaricdə ali təhsil - Bakalavr, Magistratura, MBA, aspirantura, doktorantura
  • Online təhsil
  • Xaricdə orta təhsil
  • Dil kursları, kurslar, yay məktəbləri, treyninqlər
  • İngilis dili səviyyəsinin ölçülməsi - test sınaq

Giriş:Ödənişsizdir!

Tarix:10 oktyabr 2021-ci il

Saat:12:00 - 17:00 aralığında

Sərginin keçiriləcəyi məkan:JW Marriott Absheron Baku Hotel

Qeyd:Sərgi zalına daxil olarkən 18 yaşından yuxarı hər bir iştirakçı Peyvənd Sertifikatını və ya birinci dozanın vurulması haqqında sənədi təqdim etməlidir.

DİQQƏT!!! Sərgidə iştirak üçün saytımızdan qeydiyyatdan keçməyiniz mütləqdir.

https://azeristudent.az/events/azeri-student-beynelxalq-tehsil-sergisi-06-09-2021/

Sərginin zəngin məzmunu və təmin etdiyi beynəlxalq imkanlar haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağa tələsin!

Əlaqə:050 295 97 75/050 254 03 27

E-mail ünvanı:[email protected]


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az