“Beynəlxalq zəfər düşərgəsi” keçiriləcək

Növbəti “Beynəlxalq Zəfər düşərgəsi”
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti dəfə 19-24 oktyabr tarixlərində Türkiyənin Qaziantep şəhərində “Beynəlxalq zəfər düşərgəsi” keçiriləcək.
Düşərgə müddətində iştirakçılar iki ölkənin ortaq mədəniyyətinin öyrənilməsi, tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər edəcək, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif əyləncəli oyunlara, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunacaqlar.
Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiye Gençlik Vakfı - TÜGVAnın birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.
Ümumilikdə 200 gəncin iştirakı ilə nəzərdə tutulan düşərgənin hər ölkədən qatılacaq 100 nəfər gəncin iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.
Düşərgədə iştirak üçün 18-25 yaş arası və pandemiya şəraitini nəzərə alaraq cari ilin 1 oktyabr tarixinədək COVİD-19 xəstəliyinə qarşı hər iki doza vaksin vurdurmuş gənclər müraciət edə bilərlər.
Müraciət etmək istəyən gənclər rəsmi veb-saytımız (https://youthfoundation.az/124106/) vasitəsilə qeydiyyatdan keçə bilər.
Müraciət üçün son tarix 15 oktyabrdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az