BGE Yay Məktəbi başlayır

Əziz gənclər! Sizi avqust ayının 27-dən 31-dək davam edəcək Yay Məktəbimizə dəvət edirik!
Burada siz tətilinizin son günlərini həm əyləncəli, həm də faydalı, maarifləndirici şəkildə keçirəcəksiniz. Belə ki, layihə ərzində peşəkar təlimçilər tərəfindən keçiriləcək müxtəlif şəxsi inkişaf təlimləri, zəkanızı sınamaq üçün intellektual oyunlar, maraqlı gəzintilər və bol əyləncə sizi gözləyir!
Yay Məktəbi gənclərin fərdi inkişafına müsbət təsir etməklə yanaşı onlara yeni dostlar qazandıracaq. Binəqədi Gənclər Evində təşkil olunacaq Yay Məktəbinə 14-29 yaş arası gənclər qoşula bilərlər.
Qeyd: Yerlər məhtuddur!
Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
https://docs.google.com/…/1K1J87X0iK152eddseeV_Rkv1T5A…/edit
Son qeydiyyat tarixi: 25 avqust, 16:00

 Əlaqə nömrəsi: (012) 561 92 02
Mobil & WhatsApp: (055) 423 92 02
Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37)
Email ünvanı: [email protected]

Bir cavab yazın

Back to top button