2 Noyabr 13:51

“Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək

5 dekabr 2015-ci il tarixdə 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (BakuTel 2015) çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransın əsas istiqamətləri:

         – Big DataMining və Big Data analitika (Big Data Mining and Big Data Analytics)

       – Big Data arxitekturaları (Big Data Architectures)

       – Big Data-nın təhlükəsizliyi (Big Data Security)

       – Big Data-nın tətbiqləri (Big Data Applications)

Məruzələrin tərtibatına dair tələblər:

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş və əvvəllər çap olunmamış materiallar qəbul olunur.

Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamalıdır.

Məruzə elektron şəkildə [email protected] ünvanına göndərilməlidir.

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır.

Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar Microsoft Equation redaktorunda (avtomatik parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir.

Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc.

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE (aze).doc.

Mühüm tarixlər:

05 noyabr 2015 – Məruzələrin təqdim edilməsi üçün son tarix

15 noyabr 2015 – Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi

5 dekabr 2015 – Konfransın iş günü

Əlaqə:

Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9. AMEA İnformasiya Texnologiyaları İnstitutu

Tel:  (+994 12) 510-43-99

E-poçt: [email protected]

Faks: (+994 12) 539-61-21

www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)