Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi layihəsinin açılış mərasimi keçirilib

Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi layihəsinin açılış mərasimi keçirilib
Biləsuvar rayonunda Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimi Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə baş tutub. Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon Təhsil şöbəsinin müdiri Aqşin Bağırov, Təhsil nazirliyinin əməkdaşları, layihə rəhbəri Nazim Sadıqov və müəllimlər iştirak edib.
Layihənin rəhbəri Nazim Sadıqov çıxış edərək bildirib ki, layihənin əsas məqsədi məktəblərdə sistemli olaraq fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.
Həmçinin o qeyd edib ki, ilk əvvəl 10 nəfərdən ibarət işçi qrupunun yaradılıb və bu qrupunun köməyilə Biləsuvar rayonunun məktəblərində layihə ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılır.
Eyni zamanda bildirib ki, daha sonra seçilmiş “Zəfər” vətənpərvərlik klubunun rəhbərlərinin - 34 müəllimin təlimatlandırılmasına start veriləcəkdir. Bu proses zamanı 2 yarımqrup formasında 34 müəllimə 6 gün ərzində (36 saat təlim) müəyyən olunmuş mövzular üzrə təlimlər təşkil olunacaq.
Təlimlər bitdikdən sonra yekunda klubun illik proqramının yazılışı təşkil olunacaqdır. Təlimlərdən sonra hər bir klub rəhbəri öz məktəbində “Zəfər” vətənpərvərlik klubunu təsis edərək fəaliyyətə başlayacaqdır. Klublar 1 ay fəaliyyət göstərdikdən sonra ilk dəfə olaraq 8 noyabr 2021-ci il tarixində Zəfər günündə geniş kütləyə - rayon ictimaiyyətinə təqdim olunacaqlar. Burada 34 məktəb üzrə 34 klub rəhbəri və 272 şagird olmaqla vahid formada və formatda yürüşdə iştirak edəcəklər.
Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov layihənin belə geniş və davamlı olmasından çox razılığın bildirib və gələcək də öz dəstəyini əsirgəməyəcəyini qeyd edib.
Rayon Təhsil şöbəsinin müdiri Aqşin Bağırov çıxışında bildirib ki, layihənin davamlı olmasında çox maraqlıdır və bunun təşkilində təhsil şöbəsi rəhbərliyi olaraq yaxından maraqlanır və dəstək verir.
Çıxış edən 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli ölkə üzrə qrant qaliblərinin sayı və konkret Biləsuvar üzrə qalib olmuş layihəlırin sayı barədə ətraflı məlumat verib.
Həmçinin çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın sədri Rüfət Əsədzadə bu layihənin təşkilində istər təlimçi, istər metodiki, istərsə kadrlar ilə dəstəkçi olduğlarını bildirib.
Layihənin eksperti Hüseyn Hüseynov çıxış edərək layihənin ideyasının formalaşmasından danışıb. O qeyd edib ki, Nazim müəllimin əsas ideyası məktəblərdə klubların, dərnəklərin yaradılması ilə məktəbdə sosial həyatı rəngarəng etmək, mənim isə əsas ideyam məktəblərdə vətənpərvərliyin təbliğinin artırılmasına dəstək vermək idi. Beləliklə də, yekunda birgə qərara gəldik ki, məhz “Zəfər” adı altında məktəblərdə vətənpərvərlik klublarını təsis edək. Layihəni hazırlayıb Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinə təqdim etdik və qalib olduq.
Qeyd edək ki, layihənin icrası olaraq ilk dəfə olaraq ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcəkdir. Həmçinin layihənin icrası Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir. Layihə müddətində həm təlimçi, həm ekspert, həm də məzmunun hazırlanması məhz Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunacaqdır. Bu da layihənin keyfiyyətinin, kütləvililiyinin və davamlılğının təminatına müsbət təsir edəcəkdir.
Layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən yanvarın 17-dək davam edəcək.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az