Biləsuvarda "İngilis dili sinifdən xaricə" layihəsinin açılış mərasimi olub

Biləsuvarda "İngilis dili sinifdən xaricə" layihəsinin açılış mərasimi olub

Biləsuvar rayonunda Biləsuvarda "İngilis dili sinifdən xaricə" layihəsinin açılış mərasimi olub keçirilib.

Biləsuvar rayon Gənclər Evində keçirililən açılış mərasimində layihə rəhbəri Vəfa Əliyeva, rayon təhsil şöbəsinin əməkdaşı Nərmin Məmmədli, ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri iştirak edib.

Çıxış edən layihə rəhbəri Vəfa Əliyeva bildirib ki, layihənin əsas məqsədi kənd məktəbində oxuyan şagirdlərin ingilis dilində danışıq və ünsiyyət bacarıqlarının artırılması, müxtəlif online oyunların və görüşlərin təşkilidir.

Təlim 10 kənd üzrə 120 şagirdi əhatə edəcək və sonda layihəni uğurla başa vuran şagirdlərə sertifikat veriləcək.

Bildirək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası vəBakı Oksford məktəbinin müəllimlərilayihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.

Bu layihə sentyabrın 15-dən iyunun 15-dək davam edəcək.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az