Biləsuvarda qazi müəllimin rəhbərliyi ilə “Zəfər” yürüşü keçirilib

Biləsuvarda qazi müəllimin rəhbərliyi ilə “Zəfər” yürüşü keçirilib
Biləsuvar rayonunda qazi müəllimin rəhbərliyi ilə “Zəfər” yürüşü keçirilib.
Belə ki, yürüş Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olan Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi layihəsi çərçivəsində baş tutub. Həmçinin Biləsuvar rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı və Biləsuvar rayon Təhsil şöbəsi yürüşə dəstək olublar.
Layihə rəhbəri, Vətən müharibəsi qazisi Nazim Sadıqovun verdiyi məlumata görə, layihənin əsas məqsədi məktəblərdə sistemli olaraq fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Layihə zamanı Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubları yaradılıb və həmin klubun üzvləri məhz bu yürüşdə iştirak ediblər.
“Zəfər” yürüşü rayon idman olimpiya kompleksinin önündən start götürüb və Mərkəzi Parkda yekunlaşıb.
Yürüşdən sonra məktəblilərin iştirakı ilə fləşmob keçirilib.
Qeyd edək ki, layihənin icrası olaraq ilk dəfə olaraq ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcəkdir.
Həmçinin layihənin icrası Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir. Layihə müddətində həm təlimçi, həm ekspert, həm də məzmunun hazırlanması məhz Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunacaqdır. Bu da layihənin keyfiyyətinin, kütləvililiyinin və davamlılğının təminatına müsbət təsir edəcəkdir.
Layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən yanvarın 17-dək davam edəcək.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az