Layihə bölgələrdə müasir əmək bazarının tələbi olan Texnoloji inkişaf və Əlaqə mərkəzi sahələri üzrə yeni mütəxəssislər yetişdirməyi hədəfləyir.
Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris proqramları və intensiv təlim sessiyaları təşkil ediləcək. Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarında tələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.
“Bilik səfəri” layihəsi, ilkin olaraq, Gəncə şəhərində həyata keçiriləcək. Gəncə və ətraf bölgələrdə yaşayan:
⚬ bakalavr təhsilinin son ilində olan tələbə və məzunlar;
⚬ magistr tələbələri;
⚬ iş təcrübəsi 10 ilə qədər olan şəxslər layihədə iştirak üçün müraciət edə bilərlər.
Qeydiyyat üçün son tarix: 25.08.2025
Texnoloji inkişaf sahəsi üzrə qeydiyyatdan keçmək üçün: https://pshb.az/45u6Gx0
Əlaqə mərkəzi sahəsi üzrə qeydiyyatdan keçmək üçün: https://pshb.az/4fEOUMs