Binəqədi Gənclər Evi Gənc Psixoloqlar üçün Təcrübə Proqramı açıq elan edir

Binəqədi Gənclər Evi Gənc Psixoloqlar üçün Təcrübə Proqramı açıq elan edir!

Qeyd edək ki, proqramın meneceri psixoloq Ofelia Əliyeva olacaq. O, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Uniceff, Binəqədi Rayon Gənclər Evinin əməkdaşı, fərdi konsultant və təlimçi kimi fəaliyyət göstərir.

Proqram, hazırda “Psixologiya” ixtisasında təhsil alan və ya yeni bitirmiş  tələbələr üçün nəzərdə tutulub.

1.Proqram müddətində:

2.Psixoterapiyanin mərhələləri

3.Koqnitiv davranış terapiya

4.Psixoanaliz

5.Geştalt terapiya

Əldə edilən bilikləri müxtəlif keyslər üzərində tətbiq etmək şansı əldə edəcəksiniz.

Təcrübə proqramının mahiyyəti psixoloji görüşün keçirilməsi üçün lazımlı olan bilik və bacarıqların nəzəri və praktik şəkildə onlarla paylaşılmasıdır.

Nəzərdə tutulan proqramın fərqliliyi, hər şeydən öncə tam təchizatlı psixoloqların yetişməsində lazım olan ancaq nəzəri yox, praktika yönümlü bacarıqların onlara qazandırılması, bilikləri tətbiq etmək üçün isə əlverişli şəraitin olmasıdır.

 

Proqramın müddəti:1 ay ( 20 saat )

 

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1mlmjmPbWcwR2LvIt1RWbqPRj6MHSCCTqUYj0LcON5Lg/viewform?edit_requested=true

Son qeydiyyat tarixi:27.11.2021

Related Articles