“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin ali, orta ixtisas və peşə təhsil müəssisələrinin tələbələri üçün təqdimatları davam edir.
25 aprel tarixindən etibarən “Bir Könüllü” Təşkilatının Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Xəzər Universitetinin tələbələri ilə 2 növbəli şəkildə məlumat sessiyaları həyata keçirilib.
Təhsil müəssisələrinin rəhbərliklərinin də iştirak etdiyi təqdimatlarda ilk olaraq “Bir Könüllü” təşkilatının sədri Ülvi Əlizadə qonaqları və iştirakçıları salamlayıb, daha sonra isə təşkilatın missiyası, fəaliyyəti, son 1 il ərzində gördüyü işlər, gələcək layihələri və ümumi statistikası barədə qısa məlumat verib. Əsasən birinci kurs tələbələri olmaqla, keçirilən tədbirlərdə təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələrimiz barədə ətraflı məlumat verilib, həmçinin təqdimatlarda tələbələr arasında maraqlı və interaktiv oyunlar keçirilib. Tədbirlərin yekununda aparıcı tələbələrin könüllülük fəaliyyəti, onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr barədə sualları cavablandırıb və bu müddət ərzində yüzlərlə tələbə-könüllü təşkilata üzv olub və “BİR” tələbə-könüllülərin sırasına qoşulub.
Həmçinin, növbəti təqdimatlar 10 may Odlar Yurdu Universitetində, 11 may tarixində isə Bakı Dövlət Universitetində keçiriləcək.
“BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq və yerli layihələrdə, dövlət tədbirlərində iştirak etmək, eyni zamanda, tələbəlik həyatını daha rəngarəng və faydalı keçirmək, şəxsi və peşəkar inkişafı təmin etməyə, karyera imkanlarının genişlədirməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa şərait yaradır.
Qeyd edək ki, 27,000-dən artıq könüllü üzvə malik olan təşkilat 26 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edir. Ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 260-dan çox tədbir təşkil edən Bir Könüllü təşkilatı 2021-2022-ci tədris ilində Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədi ilə 100-ə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur