"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yeni sədri seçildi!

Ülvi Əlizadə - Bakı Dövlət Universitetinin məzunudur, Macarıstanın Mərkəzi Avropa Universiteti və ABŞ-ın Quantic Biznes və Texnologiya Universitetində müvafiq olaraq Politologiya ixtisası üzrə və Executive MBA təhsili almışdır. Tələbəlik illərindən başlayaraq, ABŞ və Avropada bir sıra təcrübə proqramlarında iştirak etmişdir. Bundan əvvəl, ATƏT Parlament Assambleyasında və Azərbaycan Respublikasının Milli Məclisində, eləcə də Amazon şirkətində müxtəlif vəzifələrdə çalışmış, bir sıra beynəlxalq tədbirlərin təşkilində və proqram sənədlərinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda Qərbi Kaspi Universitetində Layihələrin idarə edilməsi və Korporativ idarəetmə fənnlərini tədris edir.

Ülvi müəllimi yeni başlanğıc münasibəti ilə təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az