12 Yanvar 12:12

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində idarəçilik mövzusunda təlim keçiriləcək

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində idarəçilik mövzusunda təlim keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən ixracatçı sahibkarlara “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda tədbir keçiriləcək. Tədbir maarifləndirici xarakter daşıyaraq ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Tədbir çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyəti istiqamətləri, şirkət sahiblarinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında danışılacaqdır.

“Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin” sahibkarlıq düşüncə tərzinin təşviqi və korporativ idarəetmə standartlarının tətbiqi yanaşmasını rəhbər tutaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2019-ci il ərzində mütəmadi olaraq sözügedən istiqamətlərə toxunacaqdır.

Tədbir çərçivəsində peşəkar idarəçi Fəxri Ağayev öz təcrübələrini bölüşəcəkdir. Fəxri Ağayev Peşəkar idarəçi və biznes konsultant, uzun müddət yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmiş, Azərbaycan işadamları və sahibkarları klubunun qurucusudur.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi dövlət başçısının “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılmışdır.

“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda tədbir 22 yanvar 2019-cu il İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyən şəxslər http://iqtisadiislahat.org/registration/  link vasitəsilə qeydiyyatdan keçə bilər:

Bəyən və paylaş

Rəylər

rəy(lər)