26 Sentyabr 10:51

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə özəl sektorda idarəçilik mövzusunda seminar keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Müasir iqtisadi reallıqlarda özəl sektorda idarəçilik” mövzusunda seminar keçiriləcək. Sahibkarları maarifləndirmək məqsədi ilə təşkil edilən seminar ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Seminar zamanı  Azərbaycanda biznes sahəsində mövcud problemlər, onların həlli yolları, idarəçilik sistemiin qurulması istiqamətində  müzakirələr aparılacaq.

Seminar çərçivəsində peşəkar idarəçi Fəxri Ağayev sahibkarlarla öz təcrübəsini bölüşəcək. Fəxri Ağayev peşəkar idarəçi və biznes konsultant, uzun müddət yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmiş, Azərbaycan iş adamları və sahibkarları klubunun qurucusudur.

 “Müasir iqtisadi reallıqlarda özəl sektorda idarəçilik mövzusunda tədbir 08 oktyabr 2019-cu il, saat 09:30-da İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.

Tədbirdə iştirak etmək istəyən şəxslər  http://iqtisadiislahat.org/registration/  link vasitəsilə qeydiyyatdan keçə bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)