5 Noyabr 17:37

Bir qadın və bir stəkan xoşbəxtlik

Düşünki dünyanın ən gözəl yerində,ruhunun sakitlik tapdığı yerdə,sevdiyin rənglərlə boyanmış kafe var.Amma bu gözəlliyin və bir stəkan qəhvənin həzzini dadmaq üçün kafenin şərtlərinə tabe olmalısan.Qəribədir amma bu kafenin bir şərti var : Hər bir stola təhkim bir ofisiant var.O istəsə həmin stola yaxınlaşıb sifariş qəbul edə bilər.Kafe sahibi belə bu qaydanı pozmur.Hərgün bu kafede oturmağı arzulayan o qədər insan varki.Ona yaxınlaşan ofisiantı görüb sevincindən gözləri yaşlara boğulan müştərilər.Və o qadın var.Qadın ondan sifariş alınsın deyə hərgün durmadan eyni vaxtda və eyni stolda oturub ofisiantı gözləyir.Ona yaxınlaşmaq istəyib və geri dönən ofisiant.Qadın bunu görür,qadın hiss edir və qadın içində ağlayır.Susaraq şikayət belə edə bilmir.Amma stoldan qalxıb gedə də bilmir.Ya gedən vaxt gələr deyə yenidən stolunda oturmağa davam edir.Getdikce oturduğu stol belə ona doğmalaşır.Sevincinin və gözyaşlarının şahidi olur.Əgər bu stolun dili olsaydı nə deyərdi ? Boşuna gözləmə ya biraz daha döz.Çünki sən dünyanın ən xoşbəxt qadını olacaqsan.Bəzən əllərini sıxır və qəzəblənir bu qadın.Qəzəbindən digər stollara gedib qəhvəni içməyə çalışır.Amma bu dad o deyil.Bu gözlədiyi ofisiantın əlindən deyil.O qəhvəni ondan istəyir.Onun əllərilə təqdim edilən xoşbəxtliyi.Bütün bunları izləyən ofisiant isə sadəcə başını çevirərək nə edəcəyini bilmir.Qadın yenə oturduğu yerə qayıdır.Bu dəfə alışaraq,bu dəfə güclü olaraq.Gözləməyi sevərək.Yenə orda oturub ona gələcək bir stəkan xoşbəxtliyi gözləyir.Bəlkə də heç vaxt gəlməyəcək və bəlkə o dadmaq istədiyi qəhvə gələcək.Kim bilir..Amma yenə o yerin rahatlığı və gözəlliyini hiss edərək o…

Evə döndüyündə bitkin,yorğun halda özünü şəhərin mənzərəsinə baxan balkondakı stula atdı.Hər yer qaranlığa bürünmüşdü və qaranlıq ona o qədər hüzur verdiki hətda evə daxil olarkən işığı yandırmaq belə istəmədi.Bədən ölçülərini önə çıxaran ağ donu belə bu qaranlığın içində özünü qaraya bürümüşdü.Amma qaraya bürünməməliydi.Ya olmalı ya da heç olmalıydı.Ona görə o dondan qurtulmaq istədi.Və bunu bacardı.İndi bütün çılpaq bədəni qaranlığı qucaqlamışdı.Ümidin rəngini boyamaq istəyirdi.Getdikcə tündləşən qaranlıq ola bilərmi deyə dərindən nəfəs alaraq barmaq uclarınan pəncərə kənarını dırnaqları ilə cırmağa çalışdı.Eşidilən cıyıltı səsi dərisini ürpətməyi bacarmadı.Və budur! Bu saat! Düz vaxtında çalınan musiqi.Çox uzaqdan eşidilir.Amma musiqinin notlarını elə əzbər bilirdiki sanki yanında çalınır kimi asta-asta ritmə uyğun rəqs etməyə başladı.”Biraz dəlilik etməyə nə deyirsən? Onun üçün rəqs elə.Səni seyr edirmiş kimi” Dolğun olan dodaqlarında məsum utanğac gülüş peyda oldu.Özünə verdiyi bu fikir ona heçdə pis səslənmədi.Qollarını bir-birinə dolandıraraq səmaya qaldırdı.İncə barmaqlarını aya toxunurmuş kimi ayın ətrafında süzdürməyə başladı.Ayağındakı ayyaqabıları çıxardaraq ayaq uclarında rəqsini davam etməyə başladı.Sanki ruhu azadlığa qovuşmuşdu.Bədəninin bu qədər yüngül olduğunu heç zaman düşünməmişdi.Gözlərini yumdu və onu qarşısında dayanmış,əlində olan viskini qurtumlayaraq onu seyr etdiyini təsəvvür etdi.O isə onun ətrafında dolanaraq ona olan hisslərini bədəni ilə sübut etməyə çalışdı.Musiqi.Çox nazikiydi.Sanki buna şahid olan təbiət belə o gün olan havasını belə deyişib ritmə uyğun olaraq sərin meh əsdirirdi.Onun dalğalı saçları hər tərpənişində kürəyinə toxunaraq onunla bərabər rəqs edirdi.Alnından getdikcə axan təri sərin meh özünən bərabər aparıb ətrafında dövrə vurdururdu.Bir an barmaq uclarında rəqs etməyi dayandırıb bütün gücü ilə döşəməyə yıxıldı.Səmaya baxdı.”Sənin üçün rəqs etdim hiss etdinmi məni ?” deyərək mələk gülüşü ilə o qaranlığa etdiyi rəqsi qeyd elədi..

Barmağını dişinin arasına salmış,ayaqlarını ədəbsizcəsinə qarşında olan eyvanın çəpərinə yaslayıb kitabın bir sətrində olan cümləyə dalıb getmişdi.Neçə dəqiqədir bu vəziyyətdə olduğunu xatırlamır amma bu saniyələr ona saatlarca gəlməyə başlamışdı.Bir an ətəyinin yuxarı qalxdığını sezib, mas mavi ətiyinin üzərində olan ağ güllərini daha təmiz görmək üçün ayağa qalxıb ətəyini düzəltməyə çalışdı.İxtiyarsız hərəkətinin nəticəsində kitab dizinin üstündən döşəmənin üzərinə zamanı dayandımış kimi səhifələrin üzərində yan tərəfilə düşdü.Meh saçlarını gözünə tərəf aparır o isə saç tellərinin arasından yerə düşmüş kitaba baxdı.Amma əsən əllər ətəyinin küncünü qatlayırdı.Saç tellərinin arasında ətrafa baxmağı sevirdi.Saçının tellərinə vuran günəş işığında tellərin rəngi parlayır,rəngini dəyişirdi.Qəflətdən ayılmış kimi oldu.Küçəyə baxan eyvandan bütün səslər hüzur dunyasının qapılarını qırıb içəri daxil olurdu.Qonşuların səslərini ucaldaraq danışdıqları sərsəm danışıqları,velosipedlərini ora-bura sürən balaca uşaqların qışqırıq səsləri,avtomobillər,çırpılan palazlar…Qapı zəngi durmadan çalırdı.Telefonuna gələn zənglərin arası heç kəsilmirdi.Bir an ətrafında dönərək “Axı niyə bu qədər səs var” deyə qışqırəb dəli olmaq dərəcəsinə çatırdı.Başını qaldırdı.İti addımlarla qapıya doğru qaçıb,heç nə olmamış kimi gülümsəyərək qapının dəstəyini tutdu.

(rəfiqəsi)
Qapının açılmayacağını sanırdım və o an içimin necə acıdığını hiss elədim.Həmişə olduğu kimi üzündən əksik olmayan gülüşülə qapını açdığında bir anda normal həyata dəvətnamə qazanmış kimi oldum.Saçlarını dağınıqdı ( doğrusu düz,səliqəli olmasını hərkəs kimi məndə nadir hallarda görürdüm) və bir tərəfinə atmışdı.Səbəbsiz gülüşü və iztirablı gözləri məni cənginə almağa çalışırdı.Deyəsən oynamağa alışmışdı yada mənə elə gəlirdi.İçəri daxil olduğumda döşəmin üzərində olan kitabı,evin küncünə atılmış ağ donu və birdə o rəsmi gördüyümdə geri-geri addımlamağa başladı.O əlimdən tutub “Kiçik ümid və o yaşadır məni” deyib “Unut” dediklərimi deyirmiş kimi başını yelləməyə başladı.Əllərinin necə isti olmasını hələdə indidə sanki ovucumda qalmış kimi hiss edə bilirəm.O yaşayırdı.Deyərdimki bəlkə də hərkəsdən daha yaxşı yaşayırdı.Həyatında olan düşmələrdən belə başı dik qalxır,həyatını,istəklərini,edəcəkələrini çox yaxşı idarə edirdi.Sağ əlində parlaq gələcək qurur sol əlində canlı bomba daşıyırdı.O bomba sağ əlində qurduğu gələcəyi dağıdır amma sağ əl yenə dayanmayaraq o bombanın məhv etdiyi hissələri yenidən bərba edirdi.Amma hərkəs kimi məndə bilirdim.O bomba onu bir gün sonsuzluğa qovuşduracaq.O ondan aslı idi.O həmin ipdən aslı idi..Bunları düşünərkən onun yanımda olmadığını hiss elədim.Birdən onun yatağa uzanıb,ağ mələfəni üzünə çəkib balaca uşaqlar kimi mələfənin üzərinə düşən günəş işıqlarınan oynamağa çalışırdı.Qəribə həmdə tez yaddan çıxmaz gülüşü hərkəsin xoşuna gəlirdi.Amma mən hiss edirdim o gülüşü.O gülərək acısını azaldırdı.O acını azaltmaq üçün ağlasığmaz axmaqlıqlar edə və hamını bu axmağlığın doğru olduğuna inandıra bilirdi.Onun yanına getmək istəyirdimki tez mələfəni qırağa atıb dizi üstlərində dayanaraq yatağın altında gizlətdiyini tapmağa çalışdı.Udqundum və…

Əlləri arasında ağzı bağlanmış qara dəftəri tuturdu.Üzündə kədərli gülümsəməsi ilə mənə tərəf uzatdı.Dəftəri əllərimin aldığında dəftərin üzü əllərin istisilə isinmişdi.Əllərimi dəftərin üzündə gəzdirdiyim an nəyisə unutmuş kimi otaqdan çıxmaq istədi.Arxaya baxmaq istədiyimdə çiynimdə dodaq istisini duydum.Çiynimdə sadəcə dodağını saxlayıb mənə nəyisə başa salmağa çalışırdı.Birdən qollarımın üstündən axan nəmliyi duyub əllərimlə saçlarını oxşamağa başladım.Yumşaq saçları və saçlarından gələn ətri mənə heç də tanış deyildi.İlk dəfə içimə onun bədən ətrini çəkmişdim.Ağlayırdı məsumca,səssizcə.Qırıq səslə “Aç” deyib otaqdan çıxdı.Mən isə dizim üstə oturub,dəftərə baxa-baxa qalmışdım.Düşünürdüm.Oxuyacaqlarım və oxuya biləcəklərim haqqında.Dəftəri döşəməyə buraxıb qaçmaq o anı yaşamaq istəmirdim.Birdən yan otaqdan mahnı səsi gəlməyə başladı.Mahnı tanış idi.Dəfələrcə birlikdə əylənərək oxumuşduq.İndidə zümzümə edərək özümü ələ almağa çalışırdım.Ah sözlər necə idi.”I cross my heart and hope to die that I’ll only stay with you one more night” O da mahnını zümzümə edirdi.Otağın qapısında dayanıb başını qapının qırağına qoyub məni izləyirdi.Əyninə sadəcə ağ köynək geyinmişdi.Baş barmağını dodaqların arasında tutub dəftərin içinə baxdığımda verəcəyim hərəkətə özünü hazır vəziyyətə salırdı.Ayaqları çılpaq şəkildə evin içində mahnını zümzümə edərək gəzişməyə başladı.Sanki nəyisə və kimisə gözləyirdi.Mahnının bitməsini gözləyirdim.Və budur mahnıda bitdi.Tamaşa qaldığı yerdən davam edə bilər.Yanımda dayandı.İkimizdə yerdə olan qara dəftərə baxırdıq.Sakitcə dəftəri əlimə aldım.Açdığımda dəftərin içi bomboş idi.Nə bir yazı nədəki qələm izi.Bir iz axtarmaq istədim.Səhifələri çevirdiyimdə sadəcə səhifələr arasından rəngli,parıltılı rəsimin keçdiyini gördüm.Yenidən həmin səhifəyə qayıtdım.Bir qız və bir oğlan.Şəkili ortaya bölsən heç rəsmin görünüşü pozulmaz.İki yana açılmış qollar.Bir-birindən uzaqda bir-birinə yaxın olmağa çalışanlar.Zaman bəlkə də sadəcə onun üçün keçmirdi və zamanın dayandığı sadəcə bu rəsimdə hiss olunurdu.Hərəkətlərini dayandıranlar.Başımı qaldırdığımda qarşımda dayanıb,qırıq səslə qulağıma “O rəsimdən başqa heç nəyə sahib deyiləm” deyib pıçıldayırdı.
…..İki qadın və bir otaq.Bir qadın gücünü itirir digər qadın çarəsizliklə onun gözlərinə baxır.Bir qadın digərinin başını iki əlinən tutub başını qaldırmağa çalışar.O zəifdir.O güclü olmağa öyrədən zəif varlıqdır.Qadın taqətsizliyin qurbanıdır.Bir qadın isə əlacsızlığın..

Gülşən Cabbarlı

Bəyən və paylaş

Rəylər

rəy(lər)