11 İyul 10:32

“Bir Təbəssüm Bir Ümid” layihəsi uşaqlar ilə bağlı olan xeyriyyə aksiyası

“Bir Təbəssüm Bir Ümid” layihəsi uşaqlar ilə bağlı olan xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd, ucqar rayonlarda yaşayan aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına az da olsa köməklik göstərməkdir. İyun ayında Neftçala, Aşağı Qaramanlı kəndinə səfər edilmişdir.

Aksiyaya hər bir şəxs müxtəlif nağıl kitabı, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə ehtiyac ola biləcək ləvazimatlarla dəstək ola bilər. Həmçinin, oyuncaqlar ilə də aksiyamıza dəstək ola bilərsiniz.

Layihəyə şirkətiniz, universitetiniz, təşkilatınız və ya məktəbiniz adınnan da qoşula bilərsiz.

Aksiya İyun-sentyabr ayına kimi qüvvədə olacaq. Sonda isə aksiya çərçivəsində yığılan ləvazimatlar xüsusi avtomobil ilə ucqar rayonlarda yaşayan uşaqlara aparılacaq.

Əlaqə üçün: “Bir Təbəssüm Bir Ümid”

Bəyən və paylaş

Rəylər

rəy(lər)