20 Mart 09:08

“Bir Təbəssüm Bir Ümid” xeyriyyə aksiyası keçirilib

“Bir Təbəssüm Bir Ümid” layihəsi uşaqlar ilə bağlı olan xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına az da olsa köməklik göstərməkdir.

Aksiyaya hər bir şəxs müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə ehtiyac ola biləcək ləvazimatlarla dəstək ola bilər. Həmçinin oyuncaqlar ilə də aksiyamıza dəstək ola bilərsiniz.

Aksiyaya şirkətiniz, universitetiniz(qrup), təşkilatınız və ya məktəbiniz adınnan da qoşula bilərsiz.

Mart ayında balaca dostlarımızın Novruz bayramın təbrik etmək üçün Yardımlıya yola düşdü. Aksiya Noyabr ayınnan davam edib mart ayının 1 i dayandırıldı. Layihədə 2.000 nən çox əşya toplandı. Əşyalar şirkətlər , Bakı və Sumqayıt sakinləri sayəsində toplandı. Bütün əşyalar toplandıqdan sonra Yardımlının Separadi kəndinə aparıldı. Aksiyada 50 dən çox uşağa içi ləvazimat dolu çanta, oyuncaq, geyim hədiyyə edildi.

Bəyən və paylaş

Rəylər

rəy(lər)