10 Fevral 14:39

Bir Təbəssüm Bir Ümid-2

Hər il keçirdilməsi nəzərdə tutulan “Bir Təbəssüm Bir Ümid” layihəsi uşaqlar ilə bağlı olan xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına az da olsa köməklik göstərməkdir.

Aksiyaya hər bir şəxs oxumadığı, istifadə etmədiyi müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə ehtiyac ola biləcək ləvazimatlarla dəstək ola bilər. Həmçinin, istifadə etmədiyiniz geyimlər, məktəbli geyimləri, oyuncaqlar və s. ilə də aksiyamıza dəstək ola bilərsiniz.

Aksiyaya şirkətiniz, universitetiniz(qrup), təşkilatınız və ya məktəbiniz adınnan da qoşula bilərsiz.

Aksiya Noyabr ayından başlayaraq Mart ayına qədər qüvvədə olacaq. Sonda isə aksiya çərçivəsində yığılan ləvazimatlar xüsusi avtomobil ilə komanda üzvləri və tərəfdaş şirkətlərin nümayəndələri ilə kəndlərə aparılacaq. Keçən ilki aksiyamızdan şəkillər üçün keçidə daxil olun:

https://www.facebook.com/birtebessumbirumid/posts/1591515744270872

Əlaqələndirici şəxs: 051 576 49 30 – Tahirə Novruzova.

Email: [email protected]om

Təşkilatçı və icraçı: Tahirə Novruzova

Tərəfdaşlar: Cakeland, 189 Taksi, 166 Yükdaşıma, Çinar Nəşriyyat, Unikal Kursları,Edumap.az

Aksiyamız haqqında ətraflı məlumatı Bir Təbəssüm Bir Ümidsəhifəsindən və qrupumuzdan əldə edə bilərsiz.

https://m.facebook.com/groups/1061998353838464?tsid=0.7134358014445752&source=result

Bəyən və paylaş

Rəylər

rəy(lər)