31 Yanvar 14:41

“Bir” Tələbə-Könüllü proqramı və AİESEC Azərbacan beynəlxalq könüllülük mövzusunda əməkdaşlıq edir

“Bir” Tələbə-Könüllü proqramı və AİESEC Azərbacan beynəlxalq könüllülük mövzusunda əməkdaşlıq edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə keçirilən “Gəncliyin BİR həftəsi” adlı tədbir davam edir.

Yanvarın 30-da  Proqramın “Yaşa” istiqaməti çərçivəsində “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, AİESEC Azərbaycanın dəstəyi ilə “Sən də Global Volunteer ol!” adlı məlumatlandırıcı seminar keçirilib.  Seminaın məqsədi tələbə-könüllülərin xaricdə könüllülük təcrübəsi qazanması üçün imkanların artırılması, onların maariflənməsi və ölkəmizi xaricdə könüllülər tərəfindən yaxşı şəkildə təmsil olunmasına şərait yaratmaqdır. Həmçinin beynəlxalq könüllülük mövzusundan bundan sonra da silsilə tədbirlər həyata keçiriləcək. 100-dən çox müraciət gələn tədbirdə iştirak üçün 40-a yaxın tələbə-könüllü seçilib.

Tədbir 27 yanvardan 2 fevraladək davam edəcək.

“Gəncliyin BİR həftəsi” gənc tələbə-könüllülərin  şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.

“Gəncliyin BİR həftəsi”ndə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edəcək və çərçivəsində təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı baş tutacaq.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)