27 Sentyabr 19:27

“Bir” Tələbə-Könüllü proqramının bölgələrdəki təqdimatlarına start verildi

“Bir” Tələbə-Könüllü proqramının bölgələrdəki təqdimatlarına start verildi

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təhsil müəssisələri üçün təqdimatlarına başladı.

Sentyabrın 23-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Masallı Dövlət Regional Kolleci və Lənkəran Dövlət Universitetinin tələbələri üçün təqdimatları keçirilib. Təqdimatlar zamanı bildirib ki, “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq və tələbələrin asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün yaradılan uzunmüddətli proqramdır.

Proqram dövlət və beynəlxalq əhəmiyyətli 500-dən çox tədbirdə BİR olaraq fəaliyyət göstəriblər və 22.000-dən çox könüllü üzvə malikdir.

Tələbələr eyni zamanda www.konullu.edu.az saytında tətbiq olunan “Onlayn sertifikat sistemi” ilə də tanış edilib.

Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, tədbirlər, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş olunub. Həmçinin, əyləncəli sual-cavab və oyunlarda iştirak edən şəxslərə hədiyyələr verilib.

Növbəti təqdimatlar 25 sentyabr 2019-cu il tarixində Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində keçiriləcək.

“Bir” Tələbə-Könüllü Proqramı tələbələrin karyera imkanları qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 22 000-dən artıq tələbə-könüllü üzvə malikdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)