“Bir” Tələbə-Proqramı təcrübə proqramına start verir

Komandamızın BİR üzvü olma şansın var!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Proqramı oktyabr ayından etibarən 3 aylıq təcrübə proqramına start verir.

♦️Təcrübə proqramının məqsədi tələbə-könüllülərin bacarıqlarını təkmilləşdirilməsi, yeni biliklərə yiyələnmələri və təcrübə qazanmasına şərait yaratmaqdır.

♦️Təcrübə proqramında iştirak üçün aşağıdakı istiqamətlərdən biri üzrə müraciət edə bilərsiniz:
– Layihələrin idarə olunması;
– Təhsil müəssisələri ilə işin təşkili;
– Regionlar ilə işin təşkili;
– İctimaiyyətlə əlaqələr;
– Beynəlxalq əlaqələr.

♦️Təcrübə proqramına qoşulmaq üçün şərtlər:
– 18-25 yaş aralığında olmalı;
– tələbə-könüllü olmalı;
– komanda ilə işləmə bacarığı;
– yenilikçi və interaktiv olması;
– təşkilatçılıq və idarəetmə bacarığı;
– işgüzar etiket haqqında məlumatlı olması;
– xarici dil biliyinin olması arzuolunandır;
– “Microsoft Office” proqramlarını bilməsi arzuolunandır.

Öz potensialını üzə çıxarmaq və komandamızın BİR üzvü olmaq istəyirsən?
Elə isə qeydiyyatdan keç və bizə qoşul!

📌Qeydiyyat linki: http://intern.konullu.edu.az/

📆 Son qeydiyyat tarixi:
30 sentyabr 18:00

Bir cavab yazın

Back to top button