30 Noyabr 13:40

“Birja simulyatoru” layihəsi

Azərbaycan Dövlət İqtisad Universiteti və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 10-11 dekabr 2015-ci il tarixlərində saat 12.00-da Bakı Fond Birjasının mütəxəssislərinin iştirakı ilə “Birja simulyatoru” layihəsinə start verilir. Tədbirin ilk günündə birja ticarəti üzrə ümumi təlim keçiriləcək, sonuncu gün isə simulyator təşkil ediləcək. Tədbirdə iştirak etmək üçün III və IV kurslarda təhsil alan, 20 nəfərdən ibarət tələbə seçiləcək. Qaliblərə hədiyyələr təqdim ediləcək.

Tədbirdə iştirak seçim əsasında həyata keçirləcək.

Seçimdə iştirak etmək istəyən tələbələr CV-lərini mövzu bölməsinə “birja-simulyator” sözünü yazmaqla [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)