Cümə axşamı, 21 Avqust, 2025

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi


  • Dərc edildi: 19 İyul, 2021 - 06:44
“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi

Qarabağ gənclərinin nəzərinə!
“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinə qeydiyyata start verilir!
Əgər sən də şəbəkələşmək, Qarabağda dirçəlişlə bağlı ideyalarını bölüşmək, müxtəlif təlimlər, tematik vorkşoplar, intellektual və komanda inkişafı oyunları vasitəsi ilə öyrənərək əylənmək istəyirsənsə, elə indi müraciət et və düşərgədə iştirak şansı qazan.
Düşərgə Böyük Qayıdış Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 30 iyul – 5 avqust tarixlərində 80 nəfər gənclə birlikdə Şamaxı rayonunda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçiriləcəkdir.
Qeyd : Düşərgədə yalnız 17-25 yaş aralığında olan Qarabağ gəncləri iştirak edə bilər.
Seçim zamanı göstərilən yaş həddində olan şəhid övladlarına və Vətən müharibəsi iştirakçısı olmuş gənclərə üstünlük veriləcəkdir.
Qeydiyyat üçün link : https://bit.ly/birliyimİZ
Qeydiyyat üçün son tarix : 23.07.2021, 23:59

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 68
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7056
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1819
Azərbaycan Texnologi...