21 Fevral 11:26

“Bitki aləmi” mövzusunda foto-müsabiqə elan olunur

“Bitki aləmi” mövzusunda foto-müsabiqə elan olunur

AMEA-nın Dendrologiya İnstitutu tərəfindən “Bitki aləmi” mövzusunda foto-müsabiqə elan olunur. 27 mart – Elm Gününə həsr olunmuş müsabiqənin ana xətti təbiətdən gələn qeyri-adi gözəlliyi və bitkilər aləmini əks etdirməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər fotoları JPEG formatında [email protected][email protected] ünvanlarına göndərməlidirlər.

Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Təqdim edilən fotoların üzərində heç bir müəllif imzası və ya loqo əks olunmamalı, redaktə işləri aparılmamalıdır. Fotolar müsabiqə elan olunduğu dövrdə çəkilməlidir.

İlk üç yerin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

– I yer – 300 manat;

– II yer – 200 manat;

– III yer – 100 manat.

Müraciətlər 20 mart 2019-cu il tarixinə qədər qəbul olunur.

Ünvan: Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89.

Tel: (+994 12) 454 60 62, (+994 12) 454 10 50, (+994 77) 424 01 85.

Bəyən və paylaş

Rəylər

rəy(lər)