Bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vakansiyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir.
Namizədə tələblər:
▪️ Fitosanitar laborator diaqnostika sahəsində baza biliklərə malik olmalı;
▪️ Bitki karantini və Fitosanitar nəzarəti sahəsindəki qanunları, fərmanları və qərarları bilməli;
▪️ Müayinələrin həyata keçirilməsini və müayinə nətiəcələrinin sənədləşdirilməsini bilməli;
▪️ Müayinələr zamanı cihaz və avadanlıqlardan istifadə qaydalarını, onlara minimum texniki qulluq tələblərini bilməli;
Ali təhsil tələbi:
▪️ Bakalavriat səviyyəsi – Bioloq, bitki mühafizəsi, aqronomluq. Magistratura səviyyəsi arzuolunandır.

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ fitosanitariya mütəxəssisi” yazaraq 01.02.2021 tarixinə qədər [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
☎️ Suallar ilə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz 👉 +99412 377-00-20 (530) AQTİ-nin Kadrlar şöbəsi

Bir cavab yazın

Back to top button