13 Dekabr 22:52

Bizə bir az özündən danış

Bu dəfə başqalarının yox özümüzün hekayəsindən danışaq. Bu dəfə əsas qəhrəman Steve Jobsun yerinə biz olaq. Sizin həyat xəritənizdəki unudulmaz izləri bizdə görək.

Layihənin məqsədi:
Demək olarki hər bir tələbənin motivational letter yazmağa ehtiyac duyduğu bir zaman olur. Və təəssüflər olsunki sıra özümüzə gələndə cümləyə necə başlayıb necə bitirəcəyimiz barəsində çətinliklər yaranır. İnanırıq ki bu layihə tələbələrdə öz güvəni artırmaq və mən kiməm sualına daha dolğun cavab verə bilmələri üçün onlara kömək edəcək. Həyatımızda qazandığımız hər hansı bir uğur və ya uğursuzluq digərlərinə həyatda düzgün seçimlər etmələri üçün bir istiqamət ola bilər.

Danışacağınız hekayə özünüzlə bağlı yadda qalan, təsirli və eyni zamanda başqalarına da təsir edərək onların yaddaşlarında İZ qoyacaq bir hekayə olmalıdır.
Bizə bir az özündən danışmaq istəyən tələbələr 10 dekabr tarixinə kimi danışacaqları nitqi [email protected] mail ünvanına göndərə bilər.Göndərilən hekayələrin içindən ən yaxşı yazılan 3 hekayə seçiləcək və 16 dekabr günü təqdim ediləcəkdir.Göndəriləcək mətinin formasının Times New Roman və 12 şriftlə olması arzu edilir.

Proqramın tarixi və gedişat ardıcıllığı

Birinci İz Sosial layihəsi barəsində məlumat veriləcək. Daha sonra həmin gün qonağımız olacaq Coşqun Kərimov bizə bir az özündən danışacaq(Kvan kitabına uygun olaraq). Sonra kitab tap layihəsi və kitab klubu barəsində məlumat veriləcəkdir. Və daha sonra 3 tələbə hərəsi 5 dəqiqə olmaq şərti ilə öz hekayəsini danışacaq. Sonda Coşqun bəy tərəfindən bu üç nəfərin içindən ən yaxsi natiq seciləcək və qalibə İz Sosial Layihəsi tərəfindən hədiyyə veriləcəkdir.

Tarix: 16 dekabr 12:30
Yer: Əsas bina akt zalı

Bəyən və paylaş

Rəylər

rəy(lər)