28 Mart 00:50

“Bizim İstədiyimiz Gələcək!” adlı layihə keçiriləcək

Sizi AYAFE Gənclər Təşkilatının və Ekosivil Dünya Klubunun birgə təşkilatçılığı, Sabunçu Gənclər Evinin təşkilati və Edumap.az təhsil portalının media dəstəyi ilə həyata keçirilən Davamlı inkişaf və onun 3 sferasını (iqtisadi, ekoloji, sosial) əhatə edən “Bizim İstədiyimiz Gələcək!” adlı layihəmizə dəvət edirik!

Layihənin hədəfləri gəncləri davamlı inkişaf sahəsində maarifləndirmək, onlara davamlı inkişafın üç əsas sferası barədə biliklər ötürmək, həmçinin gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün şərait yaratmaqdır.

Təlimlər 3 gün müddətində davam edəcək:

– 06 aprel 12:00-15:00
– 07 aprel 12:00-15:00
– 13 aprel 12:00-15:00

Təlimlər zamanı çay fasiləsi tərəfimizdən təmin ediləcəkdir.

Layihədə iştirak edən şəxslərə sertifikat təqdim olunacaqdır.

Yalnız layihənin hər üç günündə iştirak edən şəxslər sertifikatla təltif olunacaqlar.

İştirakçı sayı məhduddur və iştirakçıların seçimi qeydiyyat formunda yerləşdirilmiş suallara əsasən aparılacaqdır.

Qeydiyyat linki:
https://forms.gle/Kh3a3kWyx2e1jRgs7

Bəyən və paylaş

Rəylər

rəy(lər)