8 Aprel 11:35

“Bizim İstədiyimiz Gələcək” layihəsinə start verilmişdir

“Bizim İstədiyimiz Gələcək” layihəsinə start verilmişdir

 

06.04.2019 tarixində AYAFE gənclər təşkilatı və Ekosivil Dünya klubunun təşkilatçılığı, Sabunçu Gənclər Evinin təşkilati və Edumap.az portalının media dəstəyi ilə həyata keçirilən “Bizim İstədiyimiz Gələcək” layihə çərçivəsində ilk təlim baş tutmuşdur.

Layihənin 1-ci mərhələsi olan “Dünyamızı dəyişən 17 rəng” adlı təlim çərçivəsində iştirakçılara ilkin biliklər çatdırılmışdır.

Təlimçi qismində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrasının baş müəllimi Miraqil Seyidzadə çıxış etmişdir.

Daha sonra çay fasiləsinə yollanan iştirakçılar, çay fasiləsindən sonra “Tənəzzülə uğramış xəyali bir ölkənin davamlı inkişafı üçün atdığı addımlar” adı altında praktiki oyunda iştirak etmiş, öz təqdimatlarını hazırlamışdırlar.

Qeyd edək ki, “Bizim İstədiyimiz Gələcək” layihəsi çərçivəsində təlimlər növbəti həftələrdə də davam edəcəkdir.

#AYAFE #thinkBIG #youth4SDGs #Azerbaijan4SDGs #youth#youthpower #Azerbaijan #Baku #agenda2030 #youthwork#youthworker #social #socialworker #socialwork

Bəyən və paylaş

Rəylər

rəy(lər)