8 Aprel 02:50

“Bizim Market”də Vakansiyalar

“Bizim Market”mağazalar şəbəkəsi 2 vakansiya elan edir:

  1. Vəzifə: Kadrlar şöbəsinin müdiri

İş haqqında məlumat:
• Əmək qanunvericiliyinə və rəhbərliyin əmrlərinə əsasən işçilərin qəbulu, yerdəyişməsi, işdən azad edilməsi və digər sənədlərin rəsmiləşdirilməsi;
• Şirkətin kadr tələblərinin müəyyən edilməsi;
• İşçilərin şəxsi işlərinin avtomatlaşdırılması və elektron arxivin yaradılması işinin təşkili;
• İş təhlilinin aparılması, vəzifə təlimatlarının yazılması və sənədləşdirilməsi;
• Rəhbərliyin qərar, əmr və sərəncamlarının hazırlanması və onun icrasının təmin edilməsinə nəzarət;
• Müvafiq dövlət idarələrinə aylıq və illik hesabatların hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
• Əmək haqqı üzrə tabellərin hazırlanmasına nəzarət etmək;
• Mükafatlandırma prosedurunun icrası, cəzalandırma və intizam tədbirlərinin görülməsi;
• İş rejimi: 5 günlük
• Əmək haqqı: müsahibə əsasında təyin ediləcəkdir.

Tələblər:
• Ali təhsil
• Yaş: 35-dən yuxarı
• Bu sahədə ən azı 5 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli, (ingilis dili üstünlükdür);
• Azərbaycan Respublikası Əmək Məcəlləsini, kadrlarla bağlı işi və kargüzarlığı mükəmməl bilməli;
• Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı olmalı;
• Dəqiq, intizamlı, stresədayanıqlı və işinə qarşı məsuliyyətli olmalı.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Kadrlar şöbəsinin müdiri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

==============================

2) Vakansiya: Satınalma mütəxəssisi
Şirkət: Bizim Market MMC
İş haqqında məlumat:
• Satınalma olaraq şirkətin satış mövqeyinin təyin edilməsi, bazar əlaqələrinin və rəqabətlilik prinsipinə əsaslanaraq məhsulların satışını təmin edilməsi.
• Firmalar və digər şirkətlərlə işlədiyi müəssisə arasında iş münasibətlərinin qurulması.
• Firmalardan və digər şirkətlərdən kompaniya və endirimli məhsulların alınması.
• Məhsulların şirkət bazasına tanıdılması.
• Alış və satış qiymətlərinin təyin edilməsi.
• Fakturalara nəzarət və düzəlişlərin edilməsi.

Namizədə dair tələblər:
• İş təcrübəsi: 1-3 il müvafiq sahə üzrə
• Ali təhsil, xarici dil biliklərinin olması( rus və ingilis dili yaxşı səviyyəli).
• Ms Word, Excel və Outlook-da yaxşı işləmə bacarığı.
• Düzgün bazar və qiymət araşdırması bacarığı olması.
• Kollektivdə işləmə bacarığı və stressə davamlı olması.
• Yeni əməkdaşlıq əlaqələrinin qurmaq bacarığının olması.
• Maaş müsahibə əsasında təyin olunacaq.

Bu vakansiya üçün CV-lərinizi “Satınalma mütəxəssisi” başlığı altında [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)