Biznes analitika üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyası

ABB Proqram təminatının inkişafı departamentinə Biznes analitika üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
  • Biznes proseslərini texniki analizin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırmaq;
  • Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlamaq;
  • Texniki tapşırıq üzrə minimal test planlarının və test senarilərinin hazırlanmasında iştirak etmək;
  • Texniki tapşırıq üzrə dəyişikliyi icra dövründə monitorinq etmək və dəyişikliyin tələblərə uyğunluğunu yoxlamaq;
  • Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak etmək;
  • Biznes prosesi proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırmaq və görülən işlər barədə hesabatları təqdim etmək;
  • Analiz zamanı report hazırlanmasının mümkünlüyünü təmin etmək və yarana biləcək potensial riskləri müəyyən etmək;
  • İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələləri müzakirə etmək və uyğunluğu təmin etmək.
  • Agile komanda ilə texniki tapşırıqları müzakirə etmək və komanda ilə görüləcək işləri texniki araşdırmaq;
  • Buraxılacaq Rəqəmsal məhsulun strateji yol xərtəsini çəkmək və görüləcək işlər üzrə user story-ləri hazırlamaq.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilə;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsinə;
  • Bank məhsulları barədə biliklərə;
  • CRM-sistemləri (arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə bağlı iş təcrübəsinə;
  • Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlamaq, ardıcıllıq alqoritmi qurmaq) hazırlamaq bacarığına;
  • Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə;
  • Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
  • Web servis üzrə biliklərə, Arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Server-lərin sorğulanması bacarığına, Sorğulama formatları (JSON / XML) barədə anlayışlara;
  • Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. Əlavə məlumat üçün: www.careers.abb-bank.az _____________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az