“Biznes etikası və mədəniyyəti” layihəsi həyata keçirilib

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Qərb Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 14 noyabr tarixində ATGTİ–nin qərargahında “Biznes etikası və mədəniyyəti” layihəsi həyata keçirilib. Layihə çərçivəsində gənclərə təlimçi Xəyal Abdullayevin “Mənim biznes planım” adlı təlimi keçirilib. Təlim layihə rəhbəri Mələk Məmmədovanın təşəbbüsü ilə həyata keçirilib.

Təlimdə “Biznes fəaliyyəti”, “Biznes mühitində rəqabət” və “Biznes mədəniyyəti” kimi mövzular ətrafında  müzakirələr aparılıb və sonda iştirakçılar kitabça və sertifikatlarla təltif olunub.

Bir cavab yazın

Back to top button