“Biznes Etiket Qaydaları ” adlı təlim keçiriləcək

ReStart təlimimizin növbəti 3-cü modulu “Biznes Etiket Qaydaları ” peşəkar təlimçimiz Chenot Palace Qəbələ otelinin Satış və Marketing Şöbəsinin Direktoru Farid Abbasov tərəfindən aparılacaq.

Təlim Hospitality Insights, Azərbaycan Turizm ve Menecment Universiteti, İqtisad Universiteti, UNEC  Karyera Mərkəzi, UNEC-in Zaqatala filialı və Azərbaycan Texnologiya Universiteti UTECA əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir.

Xatırladım ki, “ReStar” təlimimiz tam ödənişsizdir və iştirakçılara sertifikat veriləcək.Bütün təlimlərimiz Zoom proqram təminatı üzərindən keçiriləcək. Yerlərə məhdudiyyət olduğundan qeydiyyatdan keçib yerinizi rezerv etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiz. Formu dolduranlara Zoom link göndəriləcəkdir. Sertifikat təlimə zoom proqramı üzərindən qatılanlara veriləcək.

Qeydiyyat üçün aşağıdakı linkdən keçi edə bilərsiniz. Yerlər məhduddur.
Qeydiyyatı bitirdiyinizdə, eyni səhifədə qarşınıza çıxan “ Add to Calendar “ seçimi ilə kalendarınıza əlavə edə bilərsiniz, və yaxud səhifənin aşağısında “Please click here to join” linkini kopyalayıb təlim başlayan gündə və saatda tıklayırsınız. Ən rahatı isə emailinizə gələn təsdiq məktubunda “ Click here to join” düyməsini tıklaya bilərsiniz
https://us02web.zoom.us/meeting/register/tZckdOqgpj4uE9R4kzWbvP4aeoBeHopHYAnQ
Qeydiyyat üçün son tarix 7 Avqust saat 20:00.

Bir cavab yazın

Back to top button