Biznes Kreditlərinin Təhlili Şöbəsinin Baş Mütəxəssisi vakansiyası

“Rabitəbank” ASC Kreditlərin Təhlili Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsinin Baş Mütəxəssisi \ vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza
peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə
yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Əsas vəzifələr:
Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin
Minimum Sənədlər Paketinə uyğunluğunu yoxlamaq;
Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlamaq;
Kreditin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin siyahısını və həcmini
müəyyənləşdirmək;
Mərkəzləşdirilmiş Kredit Reyestrindən kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlamaq
(MKR girova düşmüş girovun kredit sifarişində qeyd olunan girovla üzləşdirmək, gecikdirilmiş
kredit borclarını dəqiqləşdirmək);
“Biznes Kreditlərin Təhlili Şöbəsi”nin kreditləşmə üzrə bankdaxili qaydaların pozulması,
risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
Girovun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlamaq;
Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəfləri vaxtında və
keyfiyyətlə icra etmək;
Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələri icra etmək;
Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrini təhlil edib
və həmin layihələrdə səhvlər və ya göndərilən sənədlərdə uyğunsuzluq aşkarlandığı halda şöbə
müdirinə yazılı məlumat vermək.
Namizədə olan tələblər:
Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
Biznes kreditləşməsi (Mikro, SME, Korporat) sahəsində azı 5 illik iş təcrübəsi;
Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;
Yüksək təhliletmə, komandada işləmək bacarığı;
Yüksək kommunikasıya və təqdim etmə bacarığı;
Operativ və düzgün qərar vermək bacarığı;
Təşəbbüskarlıq, stressədavamlılıq, detallara diqqətlilik, məsuliyyət və düzgünlük;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kreditlərin Təhlili – Baş Mütəxəssis” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bir cavab yazın

Back to top button