“Biznes layihələrinin idarə olunması və digitallaşma” mövzusunda görüş keçiriləcək

Sizləri “Business Talks” layihəsi çərçivəsində növbəti görüşə dəvət edirik. Layihələrin idarə edilməsi üzrə (PMP) beynəlxalq təlimçi və biznes konsultant, biznesin digitallaşması üzrə fəaliyyət göstərən Reksoft şirkətində Portfel Rəhbəri vəzifəsində çalışan Anar İmamverdiyev “Biznes layihələrinin idarə olunması və digitallaşma” mövzusunda təqdimat edəcək.

 Təqdimat 10 Aprel, 12:00-da ZOOM üzərindən həyata keçiriləcək. Tədbirin bir saat keçirilməsi nəzərdə tutulub. Qeydiyyatdan keçərkən email ünvanınızı düzgün qeyd etməyiniz xahiş olunur.
Tədbir ödənişsizdir və sertifikat nəzərdə tutulmur.

Qeydiyyat üçün link: https://rb.gy/aagslr

Bir cavab yazın

Back to top button