“Biznes mühitində fərdi inkişaf və karyera” mövzusunda görüş keçiriləcək

Əziz tələbə və məzunlar,

Sizləri yeni layihəmizə dəvət edirik. “Business Talks” layihəsi çərçivəsində biznes mühitində inkişaf və müxtəlif istiqamətli yeni tələblər haqqında danışılacaq. İlk qonağımız BP-nin Yaxın Şərq və Xəzər Regionunda Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidenti Bəxtiyar Aslanbəyli “Biznes mühitində fərdi inkişaf və karyera” mövzusunda sizinlə öz təcrübəsini bölüşəcək.

Təqdimat 6 Aprel, 16:00-da ZOOM üzərindən həyata keçiriləcək. Tədbirin bir saat keçirilməsi nəzərdə tutulub. Qeydiyyatdan keçərkən email ünvanınızı düzgün qeyd etməyiniz xahiş olunur.

Tədbir ödənişsizdir və sertifikat nəzərdə tutulmur.

Qeydiyyat üçün link: https://rb.gy/jhhgp

Bir cavab yazın

Back to top button