19 Mart 00:06

Biznes Proseslərinin İdarə Olunması və MS Visio ödənişsiz seminarı

Ödənişsiz Yaz seminarlar paketinin növbəti seminarı, söz verdiyimiz kimi, Biznes Proseslərinin idarə olunması və MS Visio `dur.
Təlimçimiz İbrahim Ağazadə Gilan Holdinq Kənd Təsərrüfatı Portfelində Biznes Proseslərinin İdarə olunması üzrə mütəxəssisdir və eyni zamanda Bakı Mühəndislik Universitetində eyni adlı fənni tədris etməkdədir.
Təlimin içəriyi aşağıdakı kimidir:

1. Proses və biznes proses anlayışı
2. Biznes proseslərin idarə edilməsi və həyat dövrü
3. Biznes proseslərin modelləşdirilməsi. BPMN sistemi
4. BPMN əsas elementlərindən istifadə
5. Nümunə biznes proses və onun MS Visioda modelləşdirilməsi
6. Proses xəritələrindən istifadə

İştirakçılar nə öyrənəcək:
1.Proses anlayışını və biznes proses konsepsiyasını
2.Müəssisələrdə biznes proseslərin idarə edilməsinin əhəmiyyətini
3.BPMN elementlərindən istifadəyə dair ilkin biliklər
4.MS Visioda modelləşdirməyə dair ilkin biliklər
5.Proses xəritələrinin əhəmiyyətini və tətbiqinin əsaslarını

Təlimdə iştirak ödənişsizdir, lakin qeydiyyatdan keçmək şərtdir.
Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
https://goo.gl/forms/kUNpRwpEEJolV8y92

31 mart saat 15:00

Bəyən və paylaş