Biznes qurmaq istəyən gənc sahibkarlar üçün “Yeni Nəsil 2.0” layihəsinə qeydiyyat başladı!

Biznes qurmaq istəyən gənc sahibkarlar üçün “Yeni Nəsil 2.0” layihəsinə qeydiyyat başladı!

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Coca-Cola” Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə “Yeni Nəsil 2.0” (New Generation 2.0) gənc sahibkarlara dəstək layihəsi müraciətçilər üçün qeydiyyata start verir.

“Yeni Nəsil 2.0” layihəsinin əsas məqsədi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə dəstək verməkdir.

Sən də gənc sahibkarlardan biri olmaq, sahibkarlıq təhsili almaq, investisiya imkanı əldə edərək ideyanı reallaşdırmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç və “bacaran”lardan biri ol!

Qeydiyyat linki: yeninesil.youthinc.az

Son qeydiyyat tarixi: 25 mart 2021-ci il, saat 23:59

5 mərhələdən ibarət olan layihənin əsas istiqamətlərini sahibkarlıq  düşüncəsi, təhsili və mədəniyyəti, innovativ ekosistemin yaradılması, “HoReCa” (Otel, restoran, keterinq), kənd təsərrüfatı, innovasiya-startap və rəqəmsallaşma təşkil edir. Həmçinin, layihə ölkəmizin Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran bölgələrindən olan gəncləri əhatə edəcək.

“Yeni Nəsil 2.0” layihəsinin informasiya tərəfdaşlarından biri də “Edumap” təhsil portalıdır.

Növbəti mərhələlərdən və addımlardan xəbərdar olmaq üçün “Youth Inc.” Sahibkarlıq Proqramının sosial şəbəkə səhifələrini izləyə bilərsiniz.

Bir cavab yazın

Back to top button