Biznes satış üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis /böyük mütəxəssis vakansiyası

Vəzifə: Biznes satış üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis /böyük mütəxəssis (Bakı, Sumqayıt və region filialları üzrə: Xaçmaz, Bərdə və Gəncə)

 

 

Tələblər:

– Ali iqtisadi təhsil;
– Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində ən azı 1 il iş təcrübəsi;

– Bankın hüquqi şəxs və fərdi sahibkarlara təqdim etdiyi məhsulları mükəmməl bilmək;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;

– Təhlil etmə bacarığı;

– Təqdimat bacarığı;

 

Vəzifə öhdəlikləri:

 

– Hüquqi şəxs və sahibkarlarla əlaqələr qurmaq və onlara bankın məhsul və xidmətlərini təqdim etmək;

– Sifarişlərin ilkin təhlilini aparmaq;

– Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;

– Yeni cəlb edilmiş və mövcud biznes müştərilərinin bankla münasibətlərini və fəaliyyətlərini qorumaq;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Tələblərə uyğun gələn  namizədlər öz CV-lərini müvafiq başlıq altında [email protected] mail ünvanına göndərə bilər.

Bir cavab yazın

Back to top button