1 Mart 15:00

Biznes və Liderlik Təlimlərində İştirak üçün Dəvət

Qısa məlumat

USAID Qadın İştirakçılığı Proqramı (QİP) ölkədə 2011-ci ildən icra edilir və əsas vəzifələri qadınlarla bağlı mühüm məsələlər üzrə ictimai məlumatlandırılmanın artırılması və qadınların qərar qəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə töhfə verməkdən ibarətdir.

Elanın məqsədi:

USAID QİP gənc xanımları, 2018-ci ilin Mart-Aprel aylarında aparılacaq 3 günlük Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir.

Proqram iştirakçıya hansı bilikləri verəcək:

Təlimdə iştirakçılar kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi,marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və eni zamanda liderlik və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyəcəklər.

Təlim hansı dildə aparılacaq:

Azərbaycan

Kim iştirak edə bilər?

• Azərbaycan Respublikasının vətəndaşları
• Əslən Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara və Sumqayıt şəhərindən olan  və yaşı 18-25 olan gənc xanımlar.

İştirak üçün müraciət:

İştirak etmək istəyən şəxslər özləri haqqında qısa məlumatı (CV, Bios) [email protected] elektron unvanına göndərə bilər.

Təlimlərin keçiriləcəyi ərazi:

Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara regionları və Sumqayıt şəhəri

 

Müraciət üçün son tarix: 20 aprel, 2018 – ci il

Suallar

Təlimlərə dair suallar [email protected] elektron poçt ünvanına 15 Aprel 2018-ci il tarixinə qədər göndərilə bilər.

İştirak haqqında təsdiq:

İştirakı təsdiqlənən şəxslərlə elanın son tarixindən sonrakı 5 gün ərzində əlaqə saxlanılacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)