Biznesin inkişafı və təlim üzrə mütəxəssis (Gəncə şəhəri) vakansiyası

Vəzifənin adı: Biznesin inkişafı və təlim üzrə mütəxəssis (Gəncə şəhəri) Qısa xülasə: Öhdəliklərə material və metodların araşdırılması, təlim proqramlarının işlənib hazırlanması, təlim üsullarının təhlili və inkişafı, satış təmsilçilərinin təlimatlarına nəzarət və qeydiyyatın təşkili kimi müxtəlif inzibati vəzifələr daxildir. Hesabat verir: Biznesə dəstək departamentində Biznesə dəstək üzrə supervayzerə Əsas öhdəliklər: •Hərtərəfli araşdırma apararaq, təlim mövzularını təhlil edərək materiallarını hazırlamaq •Şirkət etikasına və davranışına hörmət edən, cəlbedici olan və təlim iştirakçılarına iştirak etmək üçün maksimum imkan yaradan təlim proqramı təşkil etmək •Təlim məşğələlərinin təlimatına və təqdimatına töhfə vermək və fərqli metod və materialların qarşılıqlı əlaqəni və iştirakçılığı səmərəli şəkildə necə təşviq etdiklərini qiymətləndirmək •Təlimlə əlaqədar bütün xərclər üçün büdcələri tərtib etmək və yüksək rəhbərliyə hesabat vermək üçün xərcləri əsaslandıran ətraflı hesabatları hazırlamaq •Təlimçilərin təlim məşğələsini səmərəli şəkildə aparması üçün lazım olan bütün alətlərin, texniki avadanlıqların və resursların təmin edildiyi təlim məkanlarını hazırlamaq •Müvafiq proqram təminatından istifadə etməklə lazımi təqdimatları hazırlamaq •Daxili sorğu proseslərini hazırlamaq və nəticələr barədə məlumat vermək Tələblər: •Müvafiq sahədə iş təcrübəsi •Tənqidi düşünmə və problem həll etmə bacarığı •Təqdimat və ünsiyyət qurma bacarıqları •Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi yaxşı səviyyədə bilmə bacarığı •MS Office proqramlarını əla səviyyədə bilmək bacarığı •Onlayn sorğu vasitələrindən istifadə etməsi Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Biznesin inkişafı və təlim üzrə mütəxəssis" yazmaqla[email protected]e-poçt ünvanına göndərmələri xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az