11 Noyabr 12:42

“Biznesini qur – gələcəyini təmin et” – Gənclər üçün təlim

Azərbaycan Gənclər İttifaqının “Biznesini qur – gələcəyini təmin et” layihəsi çərçivəsində “Biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı”, “İnzibati və hüquqi biliklər”, “Biznes planlarını hazırlanması”, “Biznesin idarəetməsində məlumatlandırma və maarifləndirmə” və s. mövzularını əhatə edən təlimlər təşkil olunacaq. Təlim innovativ metodlar və diskussiya formatında keçiriləcək.
Təlim qruplarına 18-30 yaş arasında fəal gənclər cəlb ediləcək.
Təlimdə iştirak etmək istəyənlər öz əlaqə məlumatlarını və telefon nömrələrini 30 noyabr 2016-ci il saat 23:59-a kimi [email protected] elektron poçtuna təqdim edə bilər.

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.
YALNIZ TƏŞKİLATÇILAR TƏRƏFİNDƏN ƏLAQƏ SAXLANILIB TƏLİMƏ DƏVƏT ALAN ŞƏXSLƏR GÖRÜŞDƏ İŞTİRAK EDƏ BİLƏCƏKLƏR.
Fəal iştirakçılar sertifikatlarla təltif olunacaq.
Təlimin keçirilmə tarixi: 01 dekabr 2016-cı il.
Təlimin keçirilmə vaxtı: 14:00 – 17:00.
Təlimin keçirilmə yeri: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə.
Əlaqə telefonları:
(070) 757 42 70 (Whats App);
Əlaqə e-mail-i: [email protected]
* Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilən “Biznesini qur – gələcəyini təmin et” layihəsi çətçivəsində təşkil edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)