28 İyul 15:51

Bakıda Türkiyə Universitetlərinin təhsil sərgisi təşkil olunacaq

“Edex “ Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda Türkiyə Universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Tədbirin rəsmi partnyoru Apply for you şirkətidir.

Avqustun 4-5-i tarixlərində 12:00-dan 17:00-dək Bakıda Park Inn Hotelində təşkil olunan sərgidə Türkiyənin tanınmış dövlət və özəl universitetləri, həmçinin yataqxanaları iştirak edəcək.

Hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək,Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.

Sərgidə İstanbul Aydın ,Bahçeşehir, İstanbul Şehir kimi Universiteti kimi
Türkiyənin tanınmış universitetləri iştirak edəcək.

Həmçinin Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.
Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun :https://goo.gl/UqnM6o

Ətraflı məlumat üçün :
Tel: +994 12 404 75 36
Mob: + 994 55 474 75 36
E-mail: [email protected]
web: edex.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)