Black and White | Culture WG
Əziz dost,
Səni AEGEE-Bakı Mədəniyyət işçi qrupunun ilk, fərqli və bir o qədər də maraqlı olan ”Black and White” layihəsində iştirak etməyə çağırırıq. Sən də fərqlilik tərəfdarı və ya əleyhdarısansa, o zaman bu layihə sənin üçündür!
Fərqlilik həm pozitiv, həm neqativ istiqamətdə ola bilər.
Foto çək və aşağıdakı həştəqlərlə paylaş, seçil, qalib ol!
Fikrini ictimaiyyətə çatdır!
– Həştəqlər: #differences #düşüncəyətamaşa (#dusunceyetamasa) #blackandwhite və #AEGEEBakı2016
• Layihənin məqsədi bütün sahələr üzrə olan fərqlilikləri: istər pozitiv yönümdə, istərsə də neqativ yönümdə olan fərqlilikləri çəkilən fotolarda ifadə etməkdən ibarətdir. Bura ayrı-seçkiliklər, haqsızlıqlar və ya hamı kimi olmamaq kimi üstünlüklər, nüansın siz tərəfdən görülməyən, obyektivcəsinə başqa tərəfinin göstərilməsi daxildir.
Qeydiyyat linki : https://goo.gl/forms/
*Qeyd 1: Paylaşdığınız şəkil ilə yanaşı gördüyünüz fərqlilik haqqında məlumat verməyi unutmayın.
*Qeyd 2: İştirak üçün son tarix 10 noyabrdır və nəticələr 15 noyabr tarixində keçiriləcək bağlanış və mükafatlandırma mərasimində açıqlanacaq.
*Qeyd 3: Şəkillərə həştəqlər vasitəsilə Facebookdan baxılacaq. Ona görə də, şəkilləri ictimai, hər kəsə açıq paylaşılsın.
Tələsin və yaradıcılığınızı bizimlə bölüşün!