Blake Mouton Theory – Blake-Mouton nəzəriyyəsi

 Blake-Mouton nəzəriyyəsi, başqa sözlə “menecer şəbəkəsi” adlandırılan sxem, komanda üzvlərinə qarşı münasibəti və problem (hədəf) yönümlü münasibəti nümayiş etdirən iki ox üzərində qurulmuşdur. Bu nəzəriyyəyə əsasən beş menecer tipi mövcuddur. Bu tiplərdən yalnız biri – lider effektiv menecer hesab edilir.

Liderlər — oxun hər iki istiqaməti üzrə 9 bal ilə qiymətləndirilir. Bu tip menecerlər işçilərə nümunə rolunu oynayır, komanda mühiti yaradır, fərdləri və komandanı inkişafa motivasiya edir.

Avtoritar menecerlər—problem (hədəf) oxunda 9, komanda üzvlərinə münasibət oxunda 1 bal ilə qiymətləndirilirlər. Bu tip menecerlər komanda üzvlərinin verilən tapşırıqları sualsız və problemsiz yerinə yetirməsini gözləyirlər və qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə səy göstərmirlər.

Ölkə klub menecerləri — problem (hədəf) oxunda 1, komanda üzvlərinə münasibət oxunda 9 bal ilə qiymətləndirilirlər. Onlar iş mühitində təhlükəsiz atmosfer yaradırlar və komanda üzvlərinə hədəflərin icrasında güvənirlər. Münasibətləri korlamamaq üçün hər hansı cəza tədbirlərinin tətbiqinə yol verməməyə çalışırlar.

Yoxsul menecerlər — hər iki ox üzrə 1 balla qiymətləndirilirlər. Bu tip menecerlər “tapşırıq ver və yoxa çıx” menecment üsulundan istifadə edirlər. Bu tip menecerlər çox zaman komandadan uzaq duraraq özlərini güclü tərəf kimi göstərməyə və süni güc mərkəzi yaratmağa çalışırlar.

Orta yol menecerlər — hər iki ox üzrə balanslaşdırılmış göstəricilərə sahibdirlər. Bu tip menecerlər qoyulan hədəfləri yerinə yetirir, lakin lider hesab edilmir.

No alt text provided for this image

Mənbə: SHRM Competency 2018, Behavioral School, Blake Mouton Theory, page 92

Dilbar Khalilova

Bir cavab yazın

Back to top button