10 Aprel 07:52

BMT Baş Assambleyası Simulyasiya oyunu

Əziz DİA tələbələri!

16-17 aprel 2016-cı il tarixlərdə Dövlət İdarəçilik Akademiyası Diplomatiya və Araşdırmalar Klubu “BMT Baş Assambleyası simulyasiya oyunu” layihəsini təşkil edir.

“BMT Modeli” müxtəlif ölkə nümayəndələrinin iştirakçılar tərəfindən təmsil olunduğu simulyasiya oyunudur. Gənclər təmsil etdikləri ölkənin siyasi mövqeyini tədqiq edir, siyasi yanaşmalar, müzakirə olunan məsələlərə dair həll yolları araşdırırlar.

Layihənin məqsədi ictimai danışıqların aparılması, kompromisə getmə yollarını öyrətmək, lazımlı təqdimat, natiqlik, təhlil bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır.

Simulyasiya oyununda müzakirə olunacaq mövzu:
“Yaxın Şərqdə stabilliyin bərpası üçün tədbirlər planı”

Layihənin gündəliyinə daxildir:
– Təlim
– Mövzunun müzakirəsi
– Qətnamə layihəsinin hazırlanması
– Nahar fasiləsi
– Əyləncəli qısa fasilələr, müxtəlif oyunlar
– Bağlanış və təltifetmə mərasimi

Siz gənclər BMT səfirləri və diplomatların yerinə keçərək Baş Assambleya toplantısı zamanı siyasi müzakirələrdə iştirak etmək, təcrübə sayəsində vasitəçilik, konfliktlərin həll edilməsi və əməkdaşlığın əhəmiyyətini öyrənmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, tərəfdaş və rəqiblərlə danışıqlar apararaq birgə qətnamə layihəsi hazırlanmasında iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin:

http://goo.gl/forms/i4r9iHkm2s

Son qeydiyyat tarixi: 13 aprel 12:00

Qeyd 1. Qeydiyyat forumunda aktiv istifadə etdiyiniz elektron poçt ünvanını qeyd edin.
Qeyd 2. Simulyasiya oyunu yalnız DİA tələbələri üçün nəzərdə tutulmuşdur.

Tarix: 16-17 aprel 2016-cı il
Müddət: 10:00-18:00
Məkan: YAP Binəqədi rayonu təşkilatının ofisi.

Bəyən və paylaş

Rəylər

rəy(lər)