17 Fevral 22:01

BMT Model simulyasiya oyunu-2016

Əziz DİA tələbəsi!

Diplomatiya və Araşdırmalar klubu “BMT Model simulyasiya oyunu-2016”ya start verir.

Simulyasiya oyunu nitq qabiliyyətinin inkişafı və beynəlxalq münasibətlər sahəsində lazımi biliklərin əyani qavranılmasına kömək edir. Həmçinin dəyirmi masa ətrafında diplomatik müzakirə mühiti yaradaraq tələbələrin özlərini diplomat kimi sınamasına şərait yaradır.

“BMT Model simulyasiya oyunu-2016” layihəsi 2 mərhələdən ibarət olacaq.

Birinci mərhələ 20 fevral 2016-cı il tarixdə baş tutacaq. Bu mərhələdə iştirakçılara təlim keçiriləcək.

Təlimdə:
• BMT Model Simulyasiya oyununun qaydaları;
• Necə hazırlaşmalı;
• Hansı mövzunun müzakirə olunacağı;
• Təmsil edəcəkləri ölkə müəyyənləşdiriləcək.

İkinci mərhələ 27 fevral 2016-cı il tarixdə baş tutacaq. Bu mərhələdə iştirakçılar onlara verilmiş bir həftə ərzində təmsil edəcəkləri ölkənin mövqeyinə uyğun öyrəndiklərini, hazırladıqlarını öz çıxışları ilə təqdim edəcəklər.

Artıq Diplomatiya və Araşdırmalar klubunda ənənə halını almış, TGT tərəfindən “İlin ən yaxşı layihəsi” nominasiyasına layiq görülmüş layihənin iştirakçısı olmaq istəyirsənsə, aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyə tələs:

http://goo.gl/forms/s2c5T2bSBd

İşçi dil: Azərbaycan dili

Bəyən və paylaş