2 Noyabr 19:32

“BMT Təhlükəsizlik Şurası Simulyasiyası”

Əziz tələbələr!
Bildiyiniz kimi BMT model simulyasiya layihəmizin ilk – təlim hissəsi artıq başa çatdı. Layihəmizin növbəti – ikinci hissəsi “BMT Təhlükəsizlik Şurasının simulyasiya oyunu” 5-6 noyabr tarixlərində baş tutacaqdır.

“BMT Modeli” müxtəlif ölkə nümayəndələrinin iştirakçılar tərəfindən təmsil olunduğu simulyasiya oyunudur. Gənclər təmsil etdikləri ölkənin siyasi mövqeyini tədqiq edir, siyasi yanaşmalar, müzakirə olunan məsələlərə dair həll yolları araşdırırlar.

Layihənin məqsədi ictimai danışıqların aparılması, kompromisə getmə yollarını öyrətmək, lazımlı təqdimat, natiqlik, təhlil bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır.

Layihənin gündəliyinə daxildir:
– Mövzunun müzakirəsi
– Qətnamə layihəsinin hazırlanması
– Nahar fasiləsi
– Əyləncəli qısa fasilələr, müxtəlif oyunlar
– Bağlanış və təltifetmə mərasimi

Siz gənclər BMT səfirləri və diplomatların yerinə keçərək Təhlükəsizlik Şurasının toplantısı zamanı siyasi müzakirələrdə iştirak etmək, təcrübə sayəsində vasitəçilik, konfliktlərin həll edilməsi və əməkdaşlığın əhəmiyyətini öyrənmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, tərəfdaş və rəqiblərlə danışıqlar apararaq birgə qətnamə layihəsi hazırlanmasında iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin:

Qeydiyyat

Son qeydiyyat tarixi: 2 noyabr 22:00

Qeyd 1. Oyunda təlimdə iştirak edənlərə və DİA tələblərinə üstünlük veriləcək. Eyni zamanda qeyri-DİA tələbələri də iştirak edə bilər.

Qeyd 2. Simulyasiya oyununa qeydiyyatdan uğurla keçən şəxslər dəvət olunacaq.

Tarix:5- 6 noyabr 2016-cı il
Vaxt: 11:00
Məkan: YAP Binəqədi rayon təşkilatı

Bəyən və paylaş