17 İyun 12:37

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır!

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır!

⚖️Vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün keçiriləcək təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir.

📖Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq:
• BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının yekun qeydlərinin xülasəsi;
• Milli tərəfdaşların BMT-nin İnsan Hüquqları mexanizmlərində iştirak yollarının xülasəsi;
• Azərbaycanın sahə üzrə ən son dövri hesabatlarına baxışların keçirilməsindən sonra qəbul edilmiş Yekun Qeydlər;
• Müqavilə orqanlarının qəbul etdiyi Ümumi Şərhlər və Ümumi Tövsiyələrdən ibarət vəsaitlər toplusu

📥Ödənişsiz təlimlərdə iştirak etmək istəyənlər tərcümeyi-hallarını (CV) 📮[email protected] elektron poçt ünvanına göndərməlidir.

📌Müraciət üçün son tarix: 1 iyul

🗣 Təlimlər azərbaycan dilində keçiriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)