26 Sentyabr 16:21

“Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək

“Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək

30 sentyabr tarixində “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək. Təlim ABŞ-ın nüfuzlu University of Maryland universitetinin məzunu, PreMark PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılacaq.
Təlim zamanı toxunulacaq mövzular:

1. Təlimdə böhran zamanı düzgün kommunikasiya;
2. Böhrandan sığortalanmaq üçün tələb olunan liderlik bacarıqları;
3. Mənfi rəyi müsbətə doğru dəyişmək üçün taktikalar;
4. Böhrandan sonrakı fəaliyyət planı;
5. Nüfuzun bərpası.

Təlimdə iştirak etmək istəyən PR mütəxəssislər [email protected] ünvanına müraciət edə bilərlər. Təlimdə iştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat 27.09.2016-cı il tarixədəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)