Bölgə Müdiri vakansiyası

AZ FP CO LTD Bölgə Müdiri vakansiyası üzrə işçi qəbulu elan edir:

Vəzifə Öhdəlikləri:
– Şirkətin rentabelliyinin, əməyin effektivliyinin, mənfəətin artması və iqtisadi planlaşdırma işlərini təşkil etmək, istiqamətləndirmək və təkmilləşdirmək;
– İşçilərinin həftəlik satış proqramlarını hazırlamaq, problem aşkarlandıqda xətti rəhbərinə hesabat şəklində çatdırmaq;
– Hər günün sonunda və ya əvvəlində işçiləri ilə görüş keçirib gün ərzində əməkdaşların gördüyü işlərlə bağlı zəruri məlumatları almalı problemləri varsa həll yolunu tapmaq və zəruri tədbirlər görmək;
– İşə yeni alınmış əməkdaşın şirkətin qaydalarına uyğun olaraq həm bazarda, həm də ofis içərisindəki işini öyrənməyini təmin etmək;
– Gündəlik fəaliyyət planı hazırlamaq.

Tələblər:
– Ali təhsil;
– Göstərilən vəzifə üzrə ən azı 3 il iş təcrübəsi;
– İdarəetmə bacarığı;
– Məsuliyyətli və komanda ilə işləmə bacarığı;
– Satış texnikalarını mükəmməl səviyyədə bilmək.

Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə [email protected] ünvanına CV-nizi göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button