19 Oktyabr 18:04

Boomerang

“Boomerang”- Burada etdiyiniz və öyrəndiyiniz hər şey bir gün mütləq şəkildə sizə geri dönəcəkdir.

Doğrudur, “yaxşılıq et, dənizə at”- deyilir, amma bu dəfə etdiyiniz yaxşılıqla bərabər öyrəndikləriniz dənizdə qalmayacaq, sizə gələcək karyeranızda ən az dərya qədər fayda verəcəkdir.

28 Oktyabr saat 12:00-da keçiriləcək “Boomerang” adlı biznes və karyera tədbirini sizlərə təqdim edirik.

Layihənin məqsədi gənc nəslin şəxsi biznes və uğurlu karyera qurmaq istəklərinə kömək etmək və bu sahənin peşəkarları tərəfindən gənclərə lazımi məlumatlar vermək, eyni zamanda kiçik bir qızcığazın müalicəsinə dəstək olmaqdır.
Tədbir müddətində
Həlimə Qəmərlinskaya- “Komanda idarəsi və liderlik”
Xəqani Bəşirov- “Şirkətlərdə HR sisteminin qurulması”
Xəqani Səfərov- “HR karyerasının qurulması”
Rasim Adjalov- “Karyera planlaması”
Pərviz Əzimov- “Digital Marketing”
Kamran Abdullayev- “Biznesdə manipulyasiya” mövzularında çıxış edəcək.

Təlimçilər barədə:
Həlimə Qəmərlinskaya- Azərbaycanda “Stress management” üzrə aparıcı-ekspertdir. Business konsultant olaraq çalışır.

Xəqani Bəşirov- FINCA Azerbaycanda Kredit mütəxəssisi/Kredit texnologiyaları üzrə təlimçi və MolBulak BOKT’ta Təlim-metodoloji mərkəzin rəhbəri kimi çalışıb. Hal-hazırda isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları departamentində çalışır.

Xəqani Səfərov- Gilan holdingdə İnsan Resursları departamentində HR və İnsan Resursları Əməliyyatları üzrə menecer kimi çalışıb. Hal-hazırda isə Avrora şirkətlər qrupunda Təşkilati inkişaf və İnsan Resursları departamentinin direktorudur.

Rasim Adjalov indiyə kimi 1500-dən çox gəncin Business və Career planing mövzusu üzrə konsultantıdır.
2011 Respublika Biznes müsabiqəsində, Amerika səfirliyinin layihələrində,EDF,CİPE, USAİD Georgia, CES, BMW Foundation, Play the Game, özəl şirkətlərdə konsultant olmuşdur.

Pərviz Əzimov- Technol şirkətinin marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri. 6 ildən çoxdur ki, bir neçə yerli və beynəlxalq şirkətdə marketinq və rəqəmsal marketinq mütəxəssis kimi çalışır.

Kamran Abdullayev- Təlimçi kimi “Liderlik”, “Natiqlik”, “Hədəflərin təyin olunması”, “Ünsiyyətin qurulması” və s. mövzularda 40-dan artıq təlimin, həmçinin “Danışan kitab”, “B.İ.L” layihələrinin müəllifidir.

Təşkilatçı: “BusinessX” və “İqtisadçı Tələbələrə Dəstək” ictimai birliyi

Tərəfdaşlarımız:
Ovod kitab evi
Starbucks
Young Business Factory
Upper Education
Student Club Azerbaijan
Canella Cake House
Simurq Travel

Məkan: Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü (Semaşko) korpusu
Saat: 12:00-18:00

Bilet: 20 AZN (Tələbələr üçün 10 AZN)

Online ödəmə mövcuddur. İştirakçılara sertifikat təqdim olunacaqdır.

Biletləri əldə etmək üçün
-Facebook: “BusinessX” və “İqtisadçı Tələbələrə Dəstək-ictimai birliyi UNEC”
-İnstagram: “_businessx” və “unec_itd” səhifələrinə mesaj yaza və ya 077 642 36 03, 055 994 82 99 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Qeydiyyat üçün link :

https://goo.gl/forms/ZXBJFnnt2K5h3NiR2

Qeyd: Tədbirdən əldə olunan bütün vəsait balaca Şəmsin müalicəsi üçün ailəsinə təqdim olunacaqdır!

Bəyən və paylaş

Rəylər

rəy(lər)